Sərhədçilər “Heydər zirvəsi”nə və “İlham zirvəsi”nə ənənəvi yürüş edib FOTOLAR

Sərhədçilər “Heydər zirvəsi”nə və “İlham zirvəsi”nə ənənəvi yürüş edib FOTOLAR

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarının daşıyıcısı olan Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin növbəti ildönümünü xidmətdə qazanılmış nailiyyətlərlə, yüksək əhval-ruhiyyə ilə qarşılayır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, milli sərhəd strategiyasının banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur hissini ifadə etmək məqsədilə xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Şahdağ ərazisində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə və 4042 metr yüksəklikdəki "İlham zirvəsi"nə ənənəvi yürüşü təşkil edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il oktyabrın 7-də açılışını etdiyi Хudat sərhəd dəstəsinin "Хınalıq" sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları çətinlik dərəcəsinə görə "2 А" kateqoriyasına aid zirvələri fəth ediblər. Zirvələrdə sərhədçilər tərəfindən dövlət himnimiz ifa olunub, dövlət bayrağımız ucaldılıb. Qaya üzərinə Azərbaycan Sərhəd Mühafizəsinin 96 illiyinə həsr olunmuş lövhələr, Dövlət Sərhəd Xidmətinin emblemi və şüarlar yerləşdirilib.

ə

Bütün xəbərlər Facebook səhifəmizdə