Gənclər və idman naziri Azad Rəhimov avqustun 21-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Qəbələ şəhəri Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 may küçəsi 40, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-nin yanı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı avqustun 16-dan avqustun 20-dək, saat 09:00-dan 18:00-dək aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB