Gəncəyə Fransa istehsalı olan yeni elektrovozların gətirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı Azərbaycan Dövlət Dəmir Yolları QSC ilə Fransa şirkəti arasında ilkin razılıq əldə olunub. Bu barədə Gəncə Lokomotiv Deposunun rəisi Əsgər Şirinov məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda lokomotivlər Gəncə Vaqon Deposuna gətiriləcək. Bundan əlavə müasir standartlara cavab verəcək 10 ədəd yeni teplovozların da gətirilməsi planlaşdırılır. Hazırda Gəncə Lokomotiv Deposunda 10 ədəd V-8, 5-ədəd V-11, 9 ədəd V-10 tipli lokomotivlər var ki, bu maşınlarda 1960-1970-cı illərin istehsalıdır.
Qeyd edək ki, aparılan tədbirlər çərçivəsində həmçinin yeni surət qatarları da Gəncə Lokomotiv Deposuna gətiriləcək. Bu məqsədlə dəmiryolu xətlərinin yenidən qurulmasına başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB