“Yurdum, yuvam məskənimsən, Azərbaycanım”

Lənkəranda bu deviz altında növbət tədbir keçirilib
“Yurdum, yuvam məskənimsən, Azərbaycanım”

2015-ci ilin iyul ayından start verilən "Yurdum, yuvam məskənimsən, Azərbaycanım" devizi altında Lənkəranın Bürcəli kəndində növbəti tədbir təşkil olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən Mamusta kənd folklor evinin rəhbəri Nurlana İbrahimova və Bürcəli Yaradıcılıq evinin direktoru Zəfər Rəhimov Azərbaycanda gedən inkişaf haqqında, xüsusi ilə gənclərin vətənpərvərlik ruhunda yetişməsində mədəni-maarif müəssisələrin rolu barəsində danışdıblar. Tədbirin bədii hissəsində bədii qiraət ustaları Səməd Vurğunun "Azərbaycan" şeirini ifa ediblər. Şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə "Azərbaycan-ana Vətən, Yurdum oy!" publisistik qeydlərini səsləndirib. Rəqs ustaları Gülnar və Anar Nağıyevlər "Süleymani" rəqsini, tanınmış bədii qiraət ustası Ağacəfər Fətullayev "Azərbaycan deyəndə" adlı ədəbi-bədii kompozisiyasını, Xalid və Cavid qardaşları milli mahnılar ifa edibilər. Konsertdə Mamusta folklor, Hirkan və Bürcəli yaradıcılıq evlərinin, Daşdalıqjar, Səpnəkəran, Alazəpin, Xanbulan kənd sənətkarlıq və Daşdatük, Biləsər kənd diyarşünaslıq klublarının bədii özfəaliyyət kollektivləri iştirak edib.

Maraqla qarşılanan konsertə 200 nəfərdən çox kənd sakini qatılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə