"Baku HOG Azerbaijan" klubunun təşkilatçılığı və ANS Şirkətlər Qrupunun dəstəyi ilə "Böyük yolun yolçuları" devizi altında keçirilən növbəti motoyürüş çərçivəsində azərbaycanlı baykerlər Gürcüstanın paytaxtı Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. SİA "ANS PRESS"ə istinadla xəbər verir ki, ANS Şirkətlər Qrupunun prezidenti və "Baku HOG Azerbaijan"ın baş direktoru Vahid Mustafayevin rəhbərliyi ilə Bakı-Tbilisi marşrutu üzrə yürüş edən baykerlərin əsas məqsədi 2016-cı ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təbliğidir. Yürüş zamanı yeddi bayker 1500 kilometr məsafə qət edib. Onlar Gürcüstana çatdıqdan sonra Bakı-Tbilisi-Qarsın əsas başlanğıc stansiyası olan Marabda stansiyasından ekskursiyaya çıxıblar və dəmir yolu xətti boyunca aparılan işlərlə tanış olublar. Baykerlər bu yürüşlə Bakı-Tbilisi-Qars dəmir yolunun ilk sərnişinləri kimi adlarını tarixə yazdırıblar. Onlar dayandıqları məntəqələrdə motoyürüşün məqsədi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyəti haqqında məlumat veriblər.
Dəmir yolu xəttinin daha geniş və fərqli auditoriyada təbliği məqsədilə yola çıxan baykerlər bu gün Azərbaycana geri qayıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB