Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Tərtər rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi ev inşa olunur. Evlərdən 3-ü Tərtər şəhərində, qalan 7-si isə Seydimli, Söylən, İrəvanlı, Poladlı, Düyərli və Qapanlı kəndlərində tikilir. İki və üç otaqdan ibarət olan mənzillərdə artıq daş-hörgü işləri başa çatdırılıb. Evlərin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Tərtərdə indiyədək Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin 21 fərdi ev tikilərək istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB