Avqustun 15-də Bakıda "Lider" televiziyasının yaranmasının 15 illiyinə həsr olunan təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycanın efir məkanında özünəməxsus yeri olan televiziyanın tarixinə nəzər salınıb, 15 ildə qazandığı uğurlardan söz açılıb. Bildirilib ki, "Lider" televiziyası 2000-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. "Lider Tv&Radio-Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərən telekanalın əsas meyarı özəl, peşəkar və rəngarəng proqramların hazırlanmasıdır. 2001-ci il avqustun 30-dan televiziya dünya teleməkanına daxil olaraq dünyaya yayımlanmağa başlayıb. "Lider" 2011-ci il aprelin 1-dən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında da yayımlanır.

Ötən ilin martından televiziya yeni formatda təqdim olunur. Kanalda informasiya verilişlərinin sayı çoxalıb, keyfiyyəti yüksəldilib. Eyni zamanda, xəbərlərin dinamikası artırılıb. İlk dəfə məhz "Lider"in efirində informasiya marafonu yaradılıb: Televiziya hər gün Azərbaycanda və dünyada baş verən ictimai-siyasi, iqtisadi, mədəni hadisələrlə bağlı xəbərləri "Səda" informasiya proqramı vasitəsilə geniş tamaşaçı auditoriyasına çatdırır.
Qeyd olunub ki, "Lider" televiziyası bundan sonra da tamaşaçılara keyfiyyətli xidmət göstərmək üçün fəaliyyətini genişləndirəcək, təqdim etdiyi maraqlı və rəngarəng proqramlarla efir məkanında mövqeyini qoruyub saxlayacaq.
Digər çıxış edənlər də telekanalın fəaliyyətini yüksək qiymətləndirib, kollektivi yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıblar.
"Lider" televiziyasının 15 illik fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən kadrlar göstərilib.
Yubiley tədbirində tanınmış ifaçılar maraqlı konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, tədbirdən hazırlanmış veriliş sentyabrın 1-də - "Lider"in yaranması günündə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB