Azərbaycanlı uşaqların Türkiyəyə satılmasının qarşısı alındı FOTOLAR

Zahid Hacıyev və azyaşlılar saxlanılıb
Azərbaycanlı uşaqların Türkiyəyə satılmasının qarşısı alındı FOTOLAR

Avqustun 14-də azyaşlıları istismar məqsədi və aldatma yolu ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən şəxs Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

Bunu bu gün keçirilən mətbuat konfransında DSX İstintaq və Təhqiqat İdarəsinin rəisi, general-polkovnik Azər İbrahimov deyib.



Z.Hacıyev azyaşlıların gələcəkdə istismar məqsədilə, aldatma yolu ilə Türkiyəyə aparıb insan alverinə cəlb etməyi planlaşdırıb, onların qabaqcadan istifadəsində olan mobil nömrəsini verərək qanunsuz yolla keçdikdən sonra Gürcüstanda təyin edilmiş yerdə görüşmək barədə razılıq əldə edib.



DSX əməkdaşlarının sayıqlığı nəticəsində Zahid Hacıyev və azyaşlılar saxlanılıb. Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə