Avqustun 15-dək Bakı Metropolitenində 7 minə yaxın "Metrokart" istifadəçisi stansiyaların xəzinələrindən kartın girov dəyərini alıb. Hazırda Bakı metrosunda "BakıKart" (plastik) istifadəçilərinin sayı isə 100 minə çatıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev bildirib ki, "Metrokart" istifadəçilərinin əksəriyyəti kartın girov dəyərini "Metrokart"ın balansına yükləyərək istifadə edirlər. "Metrokart"lara gediş haqqı yükləmənin son günü avqustun 15-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB