Dahi şairimizə həsr edilən poçt markası “eBay”da satışa çıxarıldı

Dahi şairimizə həsr edilən poçt markası “eBay”da satışa çıxarıldı

Azərbaycan haqqında sovet poçt markaları siyahısına daxil olan marka "eBay" internet mağazasında baha qiymətə satışa çıxarılıb. SİA-nın xəbərinə görə, sözügedən marka ədəbiyyatımızın görkəmli simalarından olan Mirzə Ələkbər Sabirin 100 illiyi münasibəti ilə 1962-ci ildə buraxılıb.

"eBay"-də poçt markasının satış qiyməti 2,499.99 avro təşkil edir.

Markanın nominal dəyəri dövriyyəyə buraxılan zaman 4 köhnə rus qəpiyinə bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə