Markasız siqaretlər aşkar edildi

Markasız siqaretlər aşkar edildi

Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fərəcov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb getmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və həmin mallara gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, malların yoxlanılması zamanı İ.Fərəcovun qarşıladığı sərnişinlərdən qəbul etdiyi iki ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, cəmi 400 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında İ.Fərəcov Kazan-Bakı aviareysi ilə gələn qohumu Elnur Əhədovu qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəldiyini, orada ona göndərilən siqaretləri ayrı-ayrı sərnişinlərdən qəbul etdiyini və həmin siqaretlərin bir hissəsinin şəxsi istifadə məqsədilə, qalanlarının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə