Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “ASAN Könüllüləri” Təşkilatı aksiyanı təşkil edib
Birgə aksiya başa çatdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "ASAN Könüllüləri" Təşkilatı ilə birgə məktub aksiyası həyata keçirib. Komitədən bildiriblər ki, aksiya zamanı bir ay ərzində "ASAN xidmət"in könüllüləri Göygöl, Ağdam, Saatlı, Sabirabad və Xəzər rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçiləri ilə birlikdə həmin rayonlarda yaşayan 150 aztəminatlı ailələrə səfər edib, uşaqların arzuladıqları hədiyyələri və yazdıqları məktubları toplayıblar.

Uşaqların istədikləri hədiyyələr qısa müddətdə alınaraq, öz sahiblərinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə