Monitorinq insidentsiz başa çatıb

Monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də qoşunların təmas xəttində monitorinq keçirilib. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinq Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında baş tutub.

Monitorinq zamanı hər hansı bir insident qeydə alınmayıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə