Jurnalistlər Bakıya gəlmiş hərbi gəmilərlə tanış olublar FOTOSESSİYA

Jurnalistlər Bakıya gəlmiş hərbi gəmilərlə tanış olublar FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, avqustun 13-dən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri, həmçinin "Anatoliy Qujvin" kiçik hidroqrafiya gəmisi Bakıda rəsmi səfərdədir. SİA-nın məlumatına görə, bu gün jurnalistlər sözügedən gəmilərlə tanış olublar. Onları Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri və gəmilərdə xidmət aparan şəxsi heyət müşayiət edib. Jurnalistlərə sözügedən artilleriya gəmiləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, səfər çərçivəsində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə