Bakıya səfərə gələn Rusiya Federasiyası Xəzər Hərbi Dəniz Donanmasının "Mahaçqala" və "Volqadonsk" gəmilərinin daxil olduğu hərbi qrupun rəhbər heyəti səfər proqramı çərçivəsində Səbail rayon İcra Hakimiyyətində rayon rəhbərliyi tərəfindən qəbul olunduqdan sonra səfər proqramına uyğun olaraq Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri Bakı buxtasında reyddə duran gəmilərlə tanışlıq üçün Dənizkənarı Milli Bulvara gəliblər. SİA-nın xəbərinə görə, nümayəndə heyətini qarşılayan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Kirill Taranenko səbailliləri salamlamış, hərbi gəmilərin Bakıdaya gəlişinin məqsədi və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışmış və RİH-də təşkil olunan görüşə görə öz minnətdarlığını bildirib.
Səbailli qonaqlar ilk növbədə "Mahaçqala" gəmisinə gəliblər. Burada gəminin kapitanı, II dərəcəli kapitan Ayup Dadayev qonaqları gəmi ilə tanış edərək onun döyüş qabiliyyəti, silahları, şəxsi heyətin məişəti barədə danışıb.
Daha sonra qonaqlar "Volqadonsk" gəmisində olub, gəminin kapitanı III dərəcəli kapitan Vladimir Zaytsev gəmi barədə ətraflı məlumat vermişdir. Rusiyalı hərbiçilər qonaqların çoxsaylı suallarını cavablandırıblar.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev hərbi dənizçiləri RİH adından salamlamış, Bakının mərkəzi rayonu olan Səbail rayonun stateci əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, həmçinin rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Eldar Ağayev səmimi görüşə və gəmilərlə tanışlığa görə hərbiçilərə öz minnətdarlığını bildirib.
Gəmilərlə yaxından tanış olan qonaqlar gəmi komandası ilə birgə şəkillər çəkiliblər.
Görüşdər sonra hərbi dənizçilər İçəri şəhərə gəlib, Qız qalası və digər tarixi abidələrlə tanış olmuş, Dənizkənarı Milli Parkı gəziblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB