DSK-da ATƏT-in nümayəndələri ilə görüş olub

DSK-da ATƏT-in nümayəndələri ilə görüş olub

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov avqustun 13-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə bağlı Azərbaycanda səfərdə olan ehtiyacların qiymətləndirilməsi missiyası ilə görüşüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, Y.Yusifov görüşdən məmnunluğunu qeyd edərək komitənin beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verildiyini vurğulayıb.

Görüşün əsas məqsədi ölkədəki seçkiqabağı vəziyyət, seçkilərə hazırlığın qiymətləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olub. Missiya üzvlərinin Azərbaycanda əhalinin, ölkənin yaşı 18-dən yuxarı olan əhalisinin və xaricdə yaşayan azərbaycanlıların sayı haqqında sualları cavablandırılıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Missiyanın Azərbaycanda seçkilərlə bağlı maraqlı tərəflər, o cümlədən hakimiyyət və siyasi partiya nümayəndələri, müstəqil namizədlər, vətəndaş cəmiyyəti üzvləri və media nümayəndələri ilə görüşəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə