"Böyük Ermənistan" xülyası: faktlar və sübutlar"

"Böyük Ermənistan" xülyası: faktlar və sübutlar"

AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtının "Böyük Ermənistan" xülyası: faktlar və sübutlar" kitabı İstanbulda Azərbaycan, türk, fars, rus və ingilis dillərində nəşr olunub. Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun məsləhəti ilə yazılan kitaba professorlar Elman Nəsirli, Musa Qasımlı və İbrahim Öztək rəy veriblər.

Ön söz, iki fəsil və nəticədən ibarət kitabada ermənilərin dünyanın ayrı-ayrı ölkələrində törətdikləri terror, qətl, qarət və digər mütəşəkkil cinayətləri əks etdirən yüzdən artıq sənəd yer alıb.

Kitaba ön söz yazan professor Əli Həsənov belə qeyd edir:"Təqdim olunan kitabda cəmləşdirilmiş faktlar ermənilərin dünya ölkələrini cənginə alan mütəşəkkil cinayətkar əməlləri, bu cinayətlərin Ermənistan dövləti tərəfindən dəstəklənməsi, terrorçu və qarətçi ermənilərin cəzasızlığının doğurduğu nəticələri əks etdirir".

Kitabda cəfəng "Böyük Ermənistan" iddiası ilə uydurma "erməni soyqırımı" məsələlərinin yaranmasının səbəb və məqsədlərinə aydınlıq gətirilir. Göstərilir ki, erməni milli burjuaziyasının və diasporunun formalaşmasının, təşkilatlanmasının və ardıcıl fəaliyyətinin maliyyə mənbəyini erməni millətçilərinin cinayət yolu ilə əldə etdikləri vəsaitlər təşkil edir. Erməni burjua-millətçi şəbəkəsi isə zaman-zaman uydurma "Böyük Ermənistan" ideologiyasının ayrı-ayrı istiqamətlərini maliyyələşdirmiş, hazırda bu rolunu və əlaqələndirmə funksiyasını davam etdirməkdədir. Kitabda faktlarla əsaslandırılır ki, uydurma "Böyük Ermənistan" ideologiyası sıravi erməniləri, o cümlədən bu toplumu təmsil edən siyasətçiləri də öz əsirinə çevirmiş beynəlxalq təhlükədir.

Dünyadakı ikili standartların insan haqlarının qorunması, demokratik proseslər, söz və mətbuat azadlığı, hətta iqtisadi sahədə də mövcud olduğunu diqqətə çatdıran müəllif vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməsinin əsas səbəbi beynəlxalq aləmdə olan ayrı-seçkilikdir. Kitabda əsasən xarici mənbələrdən Baqramyan batalyonunun Gürcüstandakı cinayətlərinə, Ermənistan ərazisindən qaçaq yolla gələn ermənilərin İran əleyhinə casusluq fəaliyyətinə, ABŞ, Avropa və ərəb ölkələri də daxil olmaqla dünyanın bir sıra yerlərində mütəşəkkil cinayətlər törədən ermənilərin bu yollarla əldə etdikləri vəsaitləri erməni diaspor təşkilatları ilə bölüşməsinə dair faktlar yer alıb. Müəllif eyni zamanda, ASALA-nın Yerevanda yubiley mərasimini qeyd etməsinə, PKK, PJAK kimi terrorçu təşkilatların Ermənistanda hərbi təlimlər keçməsinə, Ermənistan rəsmilərinin

narkobiznes fəaliyyətinə və işğal olunmuş Azərbaycan torpaqlarında narkotik tərkibli bitkilərin becərilməsinə, bu ərazilərdən tranzit cinayətkar dəhliz kimi istifadə olunmasına dair konkret faktları oxucunun diqqətinə çatdırır.

Kitab "Araz yayınçılıq" evi tərəfindən nəşr olunub.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə