Tahir Budaqov Statistika Komitəsinin sərdi təyin edildi SƏRƏNCAM

Tahir Budaqov Statistika Komitəsinin sərdi təyin edildi SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Dövlət başçısının növbəti sərəncamı ilə T.Budaqov Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd: Budaqov Tahir Yaqub oğlu 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.

Evlidir, 3 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə