Avqustun 14-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Talıstan" və "İvanovka" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, təmir müddətində İsmayıllı rayonunun Talıstan və Talış kəndlərinin, həmçinin İvanovka qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İsmayıllı rayonunun bəzi hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB