"Europe online magazine" portalı Almaniyanın dpa informasiya agentliyinin bu ölkənin Türkiyədəki səfiri və NATO-dakı keçmiş daimi nümayəndəsi Martin Erdman ilə müsahibəsini yayıb. Səfir müsahibədə NATO-Rusiya münasibətlərindən, eləcə də regiondakı mövcud münaqişələrdən bəhs edib.
Diplomat Almaniyanın NATO-Rusiya Şurasının yenidən dirçəlməsinin tərəfdarı olduğunu, lakin bu məsələdə Alyans daxilində konsensus olmadığını bildirib. O, regiondakı münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Səfir beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu, lakin hazırda bu regiona Ermənistan tərəfindən nəzarət edildiyini vurğulayıb.azərtac
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB