Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 28-29 dərəcə olması gözlənilir.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB