Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir.
DQİDK-nın mətbuat xidmətindən bildiriblər ki, belə tədbirlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan şöbəsi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul şəhərində "Dövlət-din münasibətlərinin yaxşılaşdırılması və qeyri-ənənəvi dinlərə qarşı mübarizə" mövzusunda keçirilib. Tədbirdə çıxış edənlər Hacıqabul rayonunda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildiriblər.
İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının "İnsanların əxlaq və sevgi yönümündən dini maariflənməsi" layihəsi çərçivəsində Diyallı kəndində "Dini radikalizm və onun təhlükələri" adlı "dəyirmi masa" təşkil olunub. Tədbirə Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov həyata keçirilən layihənin əhəmiyyətini diqqətə çatdırıb. DQİDK-nın əməkdaşı Namiq Cırıyev dövlət-din münasibətləri, radikalizmlə mübarizə sahəsində son dövrlər görülmüş işlər haqqında məruzə ilə çıxış edib.
İsmayıllı şəhər "Cümə" məscidi dini icmasının "Gənclərimizin sağlam dini maariflənməsi" layihəsi çərçivəsində "Dini radikalizm və onun təhlükələri" adlı "dəyirmi masa" təşkil edilib. Tədbirdə komitənin Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, ekspert qismində DQİDK-nın əməkdaşı Namiq Cırıyev milli mənəvi dəyərlər, dini radikalizm, onun təhlükələri və bu mövzuda gənclərin üzərinə düşən vəzifələr barədə söhbət aparıblar. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov dini icmalara ayırdığı diqqətə və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB