Prezident iki “Şöhrət” ordeni verdi

Prezident iki “Şöhrət” ordeni verdi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Oktay Şirəliyev "Şöhrət" ordeni ilə təltif edilib. Sənəddə deyilir: "Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə Oqtay Kazım oğlu Şirəliyev "Şöhrət" ordeni ilə təltif edilsin".

Dövlət başçısı ikinci sərəncamla Hicran Hüseynovanı "Şöhrət" ordeni ilə təltif edib. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova "Şöhrət" ordeni ilə təltif edilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə