Osman Gündüz: “Sosial şəbəkələrdə təhqir yolverilməzdir” AÇIQLAMA

Osman Gündüz: “Sosial şəbəkələrdə təhqir yolverilməzdir” AÇIQLAMA

"Sosial şəbəkələrdəki təhqirlər cavabsız qalmayacaq". Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib.

O, açıqlamasında bildirib ki, sosial şəbəkələrdə şəxsi məsələləri açıq və təhqir formasında müzakirəyə çıxarmaq yolverilməzdir və qeyri-etik bir haldır: "Əlbəttə ki, bu yolverilməz bir haldır. Lakin bu məsələ artıq Azərbaycan Respublikasının Qanunvericiliyi tərəfindən tənzimlənib. Yəni iki il öncə sosial şəbəkələrdə təhqir, böhtan, şantaj və s. bu kimi məsələlərə daha çox rast gəlmək olurdu. Artıq məsələlərin internet vasitəsilə açıqlanması Azərbaycan Respublikasının Qanunvericiliyində tam olaraq öz əksini tapıb. İki il öncə mediada təhqir, böhtan, söyüş və s. bu kimi şeylər istifadə edilirdisə həmin məsələlər art;q bizim Cinayət və İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. Müxtəlif cərimələr, azadlıqdan məhrumetmə halları və s. kimi cəzalar da nəzərdə tutulub. Ona görə də kimsə düşünməsin ki, sosial şəbəkələrdə etdiyi təhqirlər cavabsız qalacaq. Artıq bununla bağlı həm də məhkəmə çəkişmələri var. Belə düşünürəm ki, insanlar hər hansı bir məktub və ya status yazarkən ehtiyatlı olmalıdırlar. Çünki bu məsələlər qanunvericilikdə tam olaraq öz təsdiqini tapıb".

Osman Gündüz bildirib ki, ötən iki ilə nisbətən bu il sosial mediadakı etik normalara daha məsuliyyətlə yanaşılır: "Bizim müşahidələrimiz göstərir ki, keçən iki ilə nisbətən bu sahədə xeyli irəliləyiş var. Əvvəllər təhqir, böhtan və s. bu kimi hallar daha çox idi. Lakin son dövrlər, bizim müşahidələrimizə görə, bu tendensiya müsbətə doğru irəliləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə