Türkiyənin onedio.com saytı Azərbaycan haqqında məqalə dərc edib. Sözügedən məqalədə Azərbaycanda istirahət üçün yetərli olacaq 21 səbəb də göstərilib.
1. Son günlər 78 milyon insandan sıxılmısınızsa, 10 milyonu ötməyən insan sayı istirahət üçün əvəzsizdir.
2. Oxuma-yazma üzrə 83-cü olan Türkiyədən 13-cü sırada olan Azərbaycana getdiyiniz zaman fərqləri özünüz görəcəksiniz.
3. Orta aylıq əmək haqqına görə, Türkiyədən öndə olduğu da doğrudur.
4. Qadınları və kişiləri gözəl və mehribandır. Üstəlik, onlarla dil tapmaq üçün xüsusi xarici dil bilməyinizə ehtiyac yoxdur.
5. "Mən sarışınları daha çox sevirəm" deyirsinizsə, Azərbaycanda çox sayda rusiyalı kişi və qadın yaşayır.
6. Həmişə göl, yoxsa dəniz olduğunu aydınlaşdıra bilmədiyimiz Xəzəri də görmək şansınız olacaq.
7. Ölkədəki siyasi güclərin dünyəvi olması başınızın rahat olması üçün əhəmiyyətlidir.
8. Neftdən də şəfa tapmaq olmaz deməyin. Çünki 70-dən çox dərdin çarəsi olan Naftalan neftinin dünyada alternativi yoxdur.
9. Azərbaycan və Türkiyə mətbəxi hər nə qədər bir-birinə çox bənzəsə də, fərqli təamlardan dadmaq üçün əla ölkədir.
10. Həm soyuq, həm isti iqlimi bir arada olan çox nadir ölkələrdən biridir. Çünki Azərbaycan 9 iqlim qurşağını özündə cəmləşdirib.
11. İpək Yolu üzərində yerləşən Şəki şəhərinin həm təbiətindən, həm də tarixi abidələrindən həzz ala bilərsiniz. Üstəlik, dadı damaqlardan getməyən Şəki halvasından da yeyə bilərsiniz.
12. Keyfiyyətli musiqisi olan azsaylı ölkələrdən biridir. İstər xalq, istərsə də, beynəlxalq səviyyəli musiqiləri olan yerdir.
13. Müsəlman, Yəhudi, Xristian, Zərdüşt və digər dinlərdən olan insanların birgə yaşadığı ölkədir.

14. Dünyanın ən kiçik suitisi olan və Ginnesin Rekordlar Kitabına düşən Xəzər suitisini də görmüş olacaqsınız.
15. Qiymətlər Türkiyədən ucuz olsa da, çox alış-veriş etməmək məsləhətdir.
16. Azərbaycan Manatı ən dəyərli pul vahidləri arasındadır. Ona görə də, pulunuzu manata çevirmək faydalı olacaq.
17. Benzin və təbii qazın qiyməti Türkiyədən təxminən 4 dəfə ucuzdur. Artıq qalan pulla digər xəyallarınızı gerçəkləşdirə bilərsiniz.
18. Hər il minlərlə turisti cəlb edən palçıq vulkanı səyyahlar və fotoqraflar üçün mükəmməl fürsətdir.
19. Cinsi cinayətlər mövzusunda da çətinliyiniz olmayacaq. Türkiyədən iyirmi dəfə daha aşağı bir nisbətə sahibdir.
20. Viza məsələsində də probleminiz olmayacaq. Hava limanından rahatlıqla viza əldə edə bilərsiniz.
21. Ən önəmlisi odur ki, Türkiyədən kənarda Azərbaycan qədər qonaqpərvər ölkə tapmayacaqsınız. Ona görə də, mütləq gedilməli ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB