Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri sürətlə davam etdirilir. Qurumun mətbuiat xidmətindən SİA-ya verilən xəbərə görə, bu çərçivədə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində yerləşən körpüdə təmir işləri həyata keçirilir.
Təmir işləri körpünün giriş və çıxışlarında, həmçinin qovşaqlarda aparılır. Körpüdə yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək,ərazidən daşınıb. Hazırda frezlənmiş ərazilərdə asfaltlanma işləri aparılır. Ümumilikdə 10 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliklərinin nəzarəti altında həyata keçirilən təmir işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün sözügedən yola lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
2002-ci ildə inşa edilən 4 aşırımlı körpünün uzunluğu 78 metr, eni isə 33,4 metrdir. Körpünün hərəkət hissəsinin eni 26,4 metr, hündürlüyü isə 6,5 metrdir.
Qeyd edək ki,təmir işlərinin aparıldığı bir hərəkət zolağı üzrə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq digər zolağa yönləndirilir. Bu üzdən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC aparılan təmir işləri ilə bağlı yaranmış müvəqqəti narahatçılığa görə üzr üstəyir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB