Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir
Sabah hava necə olacaq?

Avqustun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə