Avqustun 11-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Çuxuryurd" Qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən xəbərə görə, təmir müddətində Şamaxı rayonunun Çuxuryurd və Sabir qəsəbələrinin, eləcə də rayonun Çaylı, Həmyə, Əcəxuram, Məlhəm, Nəsimi, Nağaraxana, Y. Məmmədəliyev, Cabanı və Cabanı-2 kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB