Tural Mustafayev: "Xədicə mənə intim münasibət təklif etdi..." YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev zərərçəkən Tural Mustafayevdən ötən iclasda iştirak etməməsinin və prosesə məcburi gətirilməsinin səbəbini soruşub.
T.Mustafayev səhhətində problemlər olduğu ilə bağlı məhkəmə prosesinə gələ bilmədiyini deyib.
Sonra X.İsmayılova Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə vəkili Yalçın İmanovla müdafiəsinin təşkili üçün imkanların yardılmasını, eyni zamanda, bəzi texniki məsələlərin - həftədə iki dəfə telefonla danışmaq hüququndan istifadə etməsinin təmin olmasını istəyib.
Daha sonra X.İsmayılovanın vəkili Fəxrəddin Mehdiyev T.Mustafayevin mayın 3-də və avqustun 4-də "Yeni Musavat" qəzetinə verdiyi müsahibələrin sübutların siyahısına daxil edilməsi barədə vəsatət qaldırıb.
Hakim bu vəsatəti açıq saxladığını bildirib.
Sonra zərəçəkən T.Mustafayev ifadə verib. O, intiharlarının X.İsmayılova ilə bağlı olmadığını deyib. 2014-cü ildə 3 dəfə - may, sentyabr və oktyabr aylarında intihara cəhd etdiyini deyən T.Mustafayev qeyd edib ki, özünəqəsdin səbəbləri keçmiş nişanlısı Rövşanə Rəhimova ilə münasibətlərində olan problemlər və əsəblərinin zəifliyi olub.
O, X.İsmayılova ilə 2013-cü ilin sentyabr-oktyabr aylarında tanış olduğunu deyib. X.İsmayılova ilə arasında qadın-kişi münasibətlərinin olmadığını söyləyib, aramızda dostluq münasibətləri olub.
T.Mustafayev əlavə edib ki, 2014-cü ilin yanvar-fevral aylarına qədər X.İsmayılova münasibətləri yaxşı olub. 2013-cü ilin noyabrından "Azadlıq" radiosundan şəxsi istəyi ilə işdən çıxdığını deyən zərərçəkən X.İsmayılovaya sms-ləri və internet yazışmalarını dostları ilə məsləhətləşərək yazdığını bildirib. T.Mustafayev özünü zərərçəkmiş hesab etmədiyini də deyib.
Sonra hakim T.Mustafayevin istintaqa verdiyi ifadə ilə hazırki ifadəsi arasındakı kəskin ziddiyyətin olduğunu söyləyərək zərəçəkənin istintaqa vermiş olduğu ifadəni prosesdə elan edib. Hakim bildirb ki, ifadədə bildirilir ki, 2013-cü ilin oktyabrında T.Mustafayev Sabirabad rayonundan tədbirdən gəldikdən sonra X.İsmayılova ilə birgə alkoqollu içkilər içiblər və İsmayılova ona intim münasbiətdə olmağı təklif edib, T.Mustafayev də razılaşıb. T.Mustafayev dəfələrlə X.İsmayılovanın evində gecələyib, onlar tez-tez görüşüblər.
X.İsmayılova dəfələrlə onun şərəf və ləyaqətini alçaldıb. Bu səbəbdən T.Mustafayev intihar etmək qərarına gəlib.
Daha sonra dövlət ittihamçısı ifadələr arasında hansı səbəbdən ziddiyyətlərin yaranmasını soruşub. T.Mustafayev isə bildirib ki, psixoloji durumu ilə əlaqədar X.İsmayılovaya böhtan atıb.
Bundan sonra T.Mustafayevin anası Nəzakət Mustafayeva ifadə verib. Bu zaman Tural Mustafayev və X. İsmayılovanın vəkilləri qadınının prosesdə dindirilməməsi ilə bağlı vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb.
N. Mustafayeva ifadəsində oğlunun işlərindən, X. İsmayılova ilə münasibətlərindən xəbərsiz olduğunu, onun Göyçayda yaşadığı vaxt spiritli içki qəbul etmədiyini bildirib.
Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimova da prosesdə ifadə verib. R.Rəhimova Turalla aralarında tez-tez mübahisə olduğunu deyib: "Tural istəmirdi ki, mən Aynur İmranova ilə görüşüm. Hətta bir dəfə içmişdi butulkanı sındırdı, məni öldürməklə təhdidi etdi. Onun ciddi psixoloji problemləri var".
Tural Mustafayevin anası Nəzakət Mustafayeva isə R. Rəhimovanın danışdıqlarına etiraz edib, onun oğluna şər atdığını bildirib: "Spirtli içki qəbul edən sənsən, səndən çox içən yoxdur, səni bizi Göyçayda biabır etdin" deyən qadın zalda oturmaq istəmədiyini bildirib, prosesi tərk edib.
Sonra R. Rəhimova prokurorun suallarına cavab verərək bildirib ki, Tural Mustafayevin ona Xədicə ilə dost olduğunu, lakin bu dostluğun təfərrüatı barədə danışmaq istəmədiyini deyib.
Daha sonra şahidlərin dindirilməsinə başlanıb. Prosesdə Tural Mustafayevin atası Bulud Mustafayev ifadə verib.
O, Xədicə İsmayılovanı ilk dəfə gördüyünü bildirib. B. Mustafayev oğlunda hər hansı, o cümlədən psixi xəstəlik olmadığını da bildirib. Lakin Bakıda işləməyə başlayandan sonra bir dəfə rayona gələndə ona bezdiyini deyib. B. Mustafayev deyib ki, Rövşanə Rəhimova ona oğlundan Xədicə İsmayılovaya görə ayrıldığını bildirib.
Daha sonra Tural Mustafayevin keçmiş həyat yoldaşı Şəfa Rəsulova ifadə verib. Ş. Rəsulova ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib. O, keçmiş həyat yoldaşından 2014-cü ilin may ayında Rövşanə Rəhimovaya görə ayrıldığını bildirib. Hakimin ibtidai istintaqda ona təzyiq olub-olmaması barədə sualına Ş. Rəsulova "yox" cavabı verib.
Şahid qismində jurnalist Şahvələd Çobanoğlu və Çingiz Sultansoy da ifadə veriblər.
Proses avqustun 11-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "AzadlıqRadiosu" və "Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, "AzadlıqRadiosu"nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.
Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.
Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.
- See more at: http://ucnoqta.az/news/23486şthash.nlaVHxQo.dpuf

Sonra prosesdə fasilə elan olunub.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB