Gənclərdən yeni təkliflər FOTOLAR

Gənclərdən yeni təkliflər FOTOLAR

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" layihəsi çərçivəsində Ağdam rayonunda təlimlər həyata keçirilib. Ağdam rayon İcra Hakimiyyəti və Ağdam rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 5 gün davam edən təlimlərdə rayonun fəal gəncləri inkişaf ediblər.

Layihənin əsas məqsədi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır.

Təlimin mövzuları Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən teatr-əsaslı təlimlər formasında tədris oliunub. Reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİVQİÇS kimi mövzuların müzakirə obyekti olduğu təlimlərin sonunda gənclər əldə etdikləri bilik və bacarıqları teatr tamaşasında əks etdiriblər. Təlim sessiyasının sonunda təşkil olunmuş teatr tamaşasını rayon ictimaiyyəti ilə yanaşı, bir sıra dövlət qurumlarının nümayəndələri də izləyib və iştirakçıların sertfikatla təltifolunma mərasimində iştirak ediblər.

Sessiya zamanı keçirilən açıq müzakirələrdə gənclər sözügedən mövzular ətrafında öz fikirlərini paylaşıb və səsləndirilən təkliflər toplanılıb. Qeyd edək ki, verilmiş ən uğurlu təkliflər Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə hazırlanmış "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" bəyannaməsinin tərkibində Gənclər və İdman Nazirliyinə və Xarici İşlər Nazirliyinə təqdim olunacaqdır.

Xatırladaq ki, "Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə" layihəsi çərçivəsində artıq Lənkəran və İsmayıllı şəhərlərində 5 günlük təlimlər həyata keçirilib. Layihənin yekun konfransının sentyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə