Həyatınızı təhlükəyə atmayın!

Piyadalara qarşı reyd
Həyatınızı təhlükəyə atmayın!

Dəfələrlə edilən xəbərdarıiqlara baxmayaraq, həyatlarını təhlükəyə atıb, hələ də keçiddən yox, yoldan keçən piyadalar var. Yol polisi yeraltı və yerüstü keçidlərin olduğu ərazilərdə piyadalara qarşı reyd keçirərək, onları cərmələyir. Elə bunun nəticəsidir ki, cari ilin yanvar ayının 1-dən avqustun 7-dək Bakıda 66 minə yaxın piyada cərimə olunub.

Qadın, həyatını təhlükəyə ataraq, sürətlə şütüyən avtomobillərin arasından keçməyə cəhd edir.

Yol polisinin köməyi ilə nəqliyyat vasitələrinin hərəkəti dayandırılır və qadın yolu təhlükəsiz şəkildə keçir.

Görüntülər paytaxtın Nəsimi rayonunda - metronun "20 yanvar" stansiyasının yaxınlığında piyadalara qarşı keçirilən reyddəndir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər.

Polis dəfələrlə yoldan keçmək istəyənlərə keçiddən keçməli olduqlarını işarə etsə də, bəzi piyadalar buna məhəl qoymurlar. Onlar qadağalara baxmayaraq, avtomobil yolundan keçməyə cəhd edirlər.

Reyd zamanı hətta yolu keçib polisə tabe olmayaraq, qaçmaq istəyənlər də aşkar edildi.

Cari ilin yanvar ayının 1-dən avqustun 7-dək Bakıda 66 min piyada cərimə olunub. Onlar "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələbini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək, 20 manat cərimə olunublar.

Elə bunun nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması halları azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə