Qarabağ müharibəsinin fonunda az da olsa qalibiyyətlə nəticələnən bir sıra hərbi əməliyyatlarımız olub. Onlardan biri də Başkəndin(Artsvaşen-red.) qaytarılması əməliyyatı olub.
1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində torpaqlarımızın içində yaradılan bu şeytan yuvası məhv edildi və bütovlükdə Qərb regionunda təhlüksizliyin təmin olunması üçün böyük nəticə əldə edildi.
Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen" adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı illər,1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.
Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdilər.
Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Ernənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər...
İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin düşmənin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı.
Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Düşmənin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd etdi, lakin itkilər verərək geri çəkilməli oldular. Başkənd əməliyyatı Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin rəşadətini, zabitlərimizin yüksək bacarığını nümayiş etdirdi.

Maraqlıdır, düşmən mətbuatı bunu necə izah edirdi?
Başkəndin itirilməsi
Bu gün əməliyyatın 22-ci ildönümünü nəzərə alaraq, düşmənin Başkənd hadisələri ilə bağlı mövqeyini toxunmadan dərc edirik. Bu bir düşmən mövqeyidir, qarşı tərəfin əsassız arqumentləridir. Amma bunununla yanaşı o dövrdə düşmənin siyasi-hərbi vəziyyətindən və durumundan xəbər verdiyi üçün maraqlıdır.
"1992-ci ilin avqustunda Ermənistan Başkəndi itirdiyi dövrlər(?) ölkədə vəziyyət gərgin olub. Bu taleyüklü vaxtda Dağlıq Qarabağ tamamilə düşmən nəzarəti altında idi. Azərbaycan həlledici həmlə edərək Ermənistan Respublikasının ondan çox rayonunu "zəbt etmişdi"(?). Bu həmin vaxt idi ki, Türkiyə dövləti tərəfindən hakimiyyətə gətirilmiş Əbülfəz Elçibəy Yeni ili Göyçə gölü sahilində qeyd etməyi vəd verirdi.
Başkənd əməliyyatı haqqında bizə məlum olan faktlar aşağıdakılardan ibarətdir:
1992-ci ilin avqustunda naməlum səbəblərdən Başkənd əməliyyatı iflasa uğradı. Müasir Ermənistan tədqiqatçılarının qarşısında sirli şəkildə itirilmiş(?)Başkənd əməliyyatını araşdırmaq kimi "vəzifə durur". Bakıdakı analiz mərkəzi və Azərbaycan təbliğatı indiyədək "1992-ci ilin zəfərli yay" dövrünə hərbi-strateji üstünlük kimi baxır. Daha çox Gəncə desant diviziyasının rolu qabardılır.
Başkənd– Ermənistan hakimiyyətinin siyasi fiaskosudur. Krasnoselsk anklavının tamamilə itirilməsi məntiqi olaraq 1992-ci ilin iyunundaTürkiyə baş naziri Süleyman Dəmirəl və prezident Ter-Petrosyan arasında baş tutmuş dialoqdan sonraya təsadüf edir. Rio-de-Janeyro tarixi görüşməsi haqqında çox şeylər yazılıb, lakin hər dəfə yeni məlumatlar ortaya çıxır.
14 iyun 1992-ci ildə Rio-de-Janeyroda Ermənistran prezidenti və Türkiyə baş naziri arasında baş tutan görüşdə Süleyman Dəmirəl yüksək tonla deyib: "Qarabağdan, o cümlədən Şuşa və Laçından təcili sürətdə çıxın. Min ildən sonra yenidən (?) müstəqil Ermənistan dövlətini yaratmaq imkanınız yaranıb. Lakin siz bu dövləti nifrət, intiqam və müharibə üzərində qura bilməzsiniz. Sizin qonşularınız Azərbaycan və Türkiyədir. Əgər siz onlarla dostluq münasibətləri yaratmasanız, vəziyyətiniz ağır olacaq". Elə bu görüşdən sonrada ard-arda Çaylı, Mataqis , Karmravan, Levorx, Şaumyan, Mardakert zəbt olundu. Avqustda isə Başkənd "işğal edildi".
İyunun 29-da televiziyada çıxış edən prezident Ter-Petrosyan elan etdi: "Mən alim, siyasi xadim və respublika prezidenti kimi əminəm ki, müharibə Ermənistan üçün heç bir yaxşı nəticə verməyəcək".
Maraqlısı budur ki, prezident bu sözləri zəfərli may ayında, yəni Şuşa və Laçının qaytarılmasından sonra deyib. Artıq iyunda naməlum səbəblərdən Getaşen əməliyyatı da iflasa uğradı. İşğal olunmuş ərazilərdə bir neçə özünümudafiə döyüşçüsü qalmışdı. Onlar heç nəyə baxmadan partizan döyüşlərini davam etdirirdilər(?).
Levonter-Petrosyanın kədərli çıxışları buna əsas verdi: o, Şuşa və Laçında mübarizənin aparılmasında maraqlı deyildi. Başkəndin itirilməsi o zamankı Ermənistan müdafiə naziri VazgenSarkisyanın adı ilə bağlıdır. Fəlakət öncəsi o, anklava səyahət edərək hamını Başkəndin özünümüdafiə təşkilatı üçün kifayət qədər əlverişli yerdə yerləşdiyinə inandırırdı. Yüksək vəzifəlilərin təsdiqlədiyi fərmanda kəndin müdafiə edilməsi əmri verilmişdi.
1992-ci il avqustun 15-16-da Başkəndin itirilməsi nəticəsində Ermənistan Respublikası bütün fəal hərbi əməliyyatların getdiyi dövrdə ilk dəfə siyasi-inzibati ərazisinin bir neçə kvadrat kilometr ərazisini itirmiş oldu.
14 avqust 1992-ci ildə Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan televiziyaya çıxaraq elan edib: "Başkənd bizim qoşunların etibarlı müdafiəsi altındadır. Bu gündən etibarən əraziyə düşmən daxil ola bilməyəcək".

Bir neçə dəqiqədən sonra isə ER-in Ali Şura nümayəndəsi Ara Saakyan çıxış edərək deyib: "Başkənd heç bir zaman təhvil verilməyəcək. Bunu mən sizə zəmanət verirəm".
Başkəndin azad edilməsindən dərhal sonra isə rayonun hərbi komendantlıq nümayəndəsi Armen Qanadyan etiraf edir: "Sözün düzü, mən nazirlə söhbət etməmişəm və buna görədə heç bir söz deyə bilmərəm. Bütün bu suallara komanda heyəti cavab verə bilər. Dörd il ərzindəki bütün zəhmətim əbəs yerə getdi. Lakin biz yaxşı hazırlaşsaydıq, o zaman kəndi əldə saxlaya bilərdik".
Şimal-şərq ərazisinin müdafiə polkovniki Xaçaturov deyib: "Mənim fikrim nazirə çoxdan bəllidir. Hərbi nöqteyi-nəzərindən Başkənd çoxdan mübadilə edilməli idi. Başkəndi düşmən əhatəsində saxlamaq, 3 min insanın həyatını təhlükədə qoymağa nə nazir, nə də prezidentin ixtiyarı vardı".
Hər halda, Başkəndin itirilməsinin səbəbləri zəif təşkilatçılıq və ərazinin müdafiəsi üçün bütöv strategiyanın olmaması ilə izah edilir. Bundan əlavə, ölkə prezidentinin kədərli çıxışları erməni hərbiçilərinin psixoloji durumunugərginləşdirirdi."
Başkənd əməliyyatlarında 3 milli qəhrəman iştirak edib:

Topçu İsgəndər, Məzahir Rüstəmov və Cahangir Rüstəmov.
Daha sonra Aytəkin, Gültəkin Məmmədov qardaşları və yüzlərlə bu cür igidin adını çəkmək olar.
Rüstəmov Məzahir İzzət oğlu
1960-cı il martm 2-də Bakıda doğulub. 32 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin tarix fakültəsini qurtarıb. Azərbaycan EA-nm Fəlsəfə İnstitutunda dissertant olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda işləyib. "İnsan psixologiyasmın bütövlüyü" adlı dissertasiya üzərində çalışırdı.
1992-ci il avqust aymda həlak olub. Qəbri "Şəhidlər xiyabanı"ndadır. Respublika prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Təhminə admda bir qızı var. Oxuduğu orta məktəbdə büstü qoyulub.
Gədəbəyin Şınıx bölgəsində ağır vəziyyət yaranmışdı. Erməni qoşunları sərhəd kəndlərini atəşə tutur, daim təhlükə altmda saxlayırdılar. Başkənd (Artsvaşen) "barıt" çəlləyinə çevrilmişdi. Ermənilər burada təlim görmüş xüsusi bir alay saxlayırdılar. Bu alay müasir texnika ilə tam təchiz olunmuşdu. Alaym əsas vəzifəsi Şmıx kəndlərini zəbt etmək, Gədəbəy-Şəmkir istiqamətində hərəkət edib Çənlibel adlanan strateji mövqeni ələ keçirmək idi.
Rota komandirinin müavini Məzahir Rüstəmov xəritəni göy çəmənliyin üzərinə salıb fikrə getdi.
Əsgərlər bu cəsur, igid komandirin dərin biliyinə, döyüşdən baş çıxarmaq bacarığma heyran qalmışdılar. Baş leytenant İsgəndər Məzahirin nə deyəcəyini gözləyirdi. Məzahir isə susurdu. Sükutu İsgəndər pozdu:
– Krasnoselo ətrafına ermənilər yeni qüvvə gətirirlər. Deyəsən bizi ağır döyüşlər gözləyir.
– Doğrudur, İsgəndər, əsas məsələ ermənilərin hansı istiqamətdə hücum edəcəklərini öyrənməkdir.
İsgəndər Bir qədər fikirləşib:
- Keçəldağ-Nazdıxan, Mutudərə istiqamətlərində hücuma keçə bilərlər,- dedi.
Məzahir növbətçi əsgəri səslədi:
– Komandirləri yanıma çağır!
– Oldu, – deyə gənc əsgər rəsmi qaydada təzim etdi. Məzahir xəritəni açıb düşmənin hücum edəcəyi sahələri bir də onlara xatırlatdı:
– Postları özüm yoxlayacağam. Mənim əmrim olmadan heç kəs atəş açmamahdır.
Bir azdan öyrəndiklərini alay komandiri polkovnik Cahangir Rüstəmova bildirdi. Alay komandiri rahat nəfəs aldı. O, Məzahirə inanırdı. Bilirdi ki, ən çətin anlarda leytenant özünü itirmir, çıxış yolu tapmağı bacarır.
PROFESSOR OĞLU

Professor oğlu erməniləri yaman qorxuya salmışdı. Başkənddəki döyüş hissəsinin rahatlığı göyə çəkilmişdi. Leytenant Məzahir Rüstəmovun Şınığa gəlməsi onlarm arzularmı gözündə qoymuşdu. Məzahir Artsvaşenlə (Başkənd) Ermənistanı birləşdirən kabel xəttinin haradan keçəcəyini yaxşı bilirdi. Qərara almışdı ki, həmin xətti kəssin. Amma hələ tez idi.
…Saat on birə işləyirdi. Məzahir postları yoxlayıb geri qayıtdı. "Uşaqlar möhkəm dayanıblar. Ermənilərin fikrini də bilsək pis olmazdı", – deyə düşündü. Dağlarm sinəsini parçalayıb keçən kabel xəttinə tərəf süründü. Ermənilər telefon kabelini xeyli dərinlikdə basdırmışdılar. Lakin Məzahir onların danışığma qulaq asmaq üçün əvvəlcədən özünə yer eləmişdi (hərdənbir rusca danışırdılar).
…Bir xeyli irəliləmişdi ki, hənirti duyub dayandı.
Dovşan idi. Məzahir yerindən tərpənmədi. Dovşan tez-tez ətrafma boylanır, təhlükə olmadığmı hass edib qabağındakı nəyi isə yeyirdi.
Uzaqda maşın işığı göründü. Dovşan bir göz qırpımmda yoxa çıxdı.
– Yerevandan gəlir, – deyə Məzahir düşündü.Gecə binoklunu çıxarıb ətrafı seyr etdi. Çoxdan qazdığı çalaya uzandı. Ermənilər rus dilində danışırdılar.
– "- İki gündən sonra hücuma keçəcəyik. Mayor Arutyunovun piyada bölməsi Keçəldağ istiqamətindən, tanklar isə Krasnoselo tərəfdən hərəkət edəcək". Bundan sonra ermənilər öz dillərində danışmağa başladılar. Məzahir təəssüfləndi. Birdən Məzahir öz admı və "rota" sözünü eşitdi. Ürəyi döyünməyə başladı. Deməli, onun rotası və özü haqqmda düşmən əlində dəqiq məlumat vardı.
Gecə yarıdan keçmişdi. Ulduzlar baş-başa verib mürgü vururdular. Məzahir çadırın bir tərəfinə çəkilib ermənilərin əməliyyatmı puça çıxartmaq üçün plan hazırlayırdı. Saat dördə qalırdı. Yorulmuşdu, yatağa uzansa da yuxusu gəlmirdi. Tez-tez üzünü görmədiyi körpə qızı Təhminəni xatırlayırdı. Anası Rəfiqə xanım, atası İzzət müəllim yadma düşmüşdü. Heç belə darıxmamışdı. Çölə çıxdı. Ər dağından sərin külək əsirdi. O axşam yuxu üzünə həsrət qaldı Məzahir. Rotanm əsgərlərini səhər yeməyindən sonra sıraya düzüb dedi:
– Kəndlərimizin üstünü ölüm təhlükəsi alıb, yaxm günlərdə hücum olacaq. Dagların Üstündə etibarlı səngərlər qazılmalıdır. Gədəbəyin, Şınığm bir qarış torpağını ermənilərə vermək olmaz.
– Hücum nə vaxt olacaq? – deyə əsgərlər səbirsizliklə soruşdular.
– Heç nə deyə bilmərəm. Amma ermənilər hər an hücuma keçə bilərlər. Hər bir əsgər, komandir öz mövqeyində olsun!
Məzahir alay komandiri ilə danışdı:
– Möhkəm dayanmışıq. Polkovnik ratsiyada dilləndi:
– Allah amanmda, mənimlə əlaqəni kəsməyin!
Ermənilərin hücum etməyinə iki saatdan da az qalırdı. Məzahir bölmə komandirlərinə xəbərdarlıq etdi:
Düşmənin hansı istiqamətdən hücum edəcəyi məlumdur. Hər şey sizdən asılıdır. Möhkəm dayanın.
Dağları duman bürümüşdü. Narın-narm yağış yağırdı. Məzahir dəqiqələri, saniyələri sayırdı…
BAŞ TUTMAYAN HÜCUM
Məzahir yaxmlıqdakı səngərə girib atəş açmaq haqqmda əmr verdi. İsgəndərin başçılıq etdiyi topçular batareyası Krasnoselonu güclü atəşə tutmuşdular. Evlər alovlanıb yanırdı. Ermənilər başıpozuq dəstə halında hara gəldi qaçırdılar. Keçəldağdakı topçularımız düşmənə aman vermir, döyüş maşınlarını hərəkətə gətirməyə qoymurdular. Mayor Arutyunovun bölüyü pərən-pərən düşmüşdü. Artsvaşendən köməyə tələsən tanklar isə atəş altmda hərəkət edə bilmirdilər. 45 dəqiqəlik döyüş sona çatdı. Bizimkilər tərəfindən itki olmadı. Məzahir alay komandirinə məlumat verdi.
Ratsiyada Dilqəm Əliyev leytenantı dinləyib:
– Müşahidə məntəqəsində döyüşün gedişini izləyirdik. Afərin, "dağ qartalları"! – deyə onları alqışladı.
Polkovnik döyüşün gedişindən razı qalmışdı. Məzahir dərindən nəfəs alıb, ratsiyanı söndürdü.
1988-ci ilə Özbəkistanın Fərqanə vadisində yerli özbəklər dinc, silahsız axiska türklərinə divan tuturlar.
Özbək millətçiliyinin qızışdırılaraq ortaya atılması və bu "yad" camaata divan tutulması Qorbaçovun yenidənqurmasının təzahürü idi .
İnsan nə qədər düşüncəsiz olmalıdır ki, öz eyni kökündən olana-türkə qanlı divan tuta və bundan da qalib kimi həzz ala.
Başkəndin şanlı topçusu
Təkcə, bu hadisələrdən sonra 50 min məhsəti türkü Azərbaycanda məskunlaşır.
Ölkəmizə gələn axıskalıların arasında Aznaurovlar nəsli də var idi...
...Bu kələ-kötür qayaların nəhayət ki,sonu gəlib çatır, insanın gözünün görə biləcəyi məsafəyə qədər sıraya düzülən qayalar,bax,onların uzun zəncirindən sonra əzəmətli Qafqaz dağları ucalmağa başlayır.

Buralar uzaq olmayan zəfər tarixinə şahidlik etmişdir.
Şəhidlər xiyabanında daha bir şəhid uyuyur: milli qəhrəmandır, Aznaurov İsgəndər Zöhrab oğlu,
...Qarabağda ermənilərin işğallarından sonra Gədəbəy sərhəd rayonu olaraq atəşə məruz qalmağa başlayır.
Ruslardan qalma qurğuların dilini heç kəs bilmədiyindən demək olar ki,hamısı lazımsız əşya kimi düzə atılırmış və belə ağır bir zamanda İsgəndər Aznaurov könüllü olaraq milli ordu siıralarına yazılır.
Baş leytenant kimi Gədəbəydəki "N"saylı hərbi hissənin artilleriya bölməsinə komandir müavini təyin edilir.
Növbəti dəhşətli döyüşlər 1993-cü ilin yaz aylarında başlayır.
Hücuma başlamazdan əvvəl İsgəndər top atəşi ilə düşmən postunu məhv edir və cana doyan düşmən bu igidin başı üçün mükafat təsis edir.
Aprelin 18-də milli ordunun "Örükdaş"da həyata keçirdiyi döyüş əməliyyatında İsgəndər Aznaurov düşmən tankının atdığı güllə nəticəsində "dördüncü vətənində"şəhid olur.
Faktlardan da məlum olur ki, nə indi, nə də keçmişdə yerli camaatın bu böyülükdə izdihamı müşahidə edilməmişdir, kimliyindən asılı olmayaraq hamı dəfn günüdə onu son mənzilə uğurlamağa çıxır.
Ölümündən öncə ,xalqın qəhrəmanına çevrilən Aznaurov şəhid olduqdan sonra Azərbaycan milli qəhrəmanı adına layiq görülür.
Məzarı Şəhidlər xiyabanındadır
Polkovinikin sirri
Cahangir Rüstəmov
1939-cu ildə Gədəbəyin Düzrəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir.
1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1988-ci ildə ordu sıralarından istefaya buraxılmışdır.
Buna baxmayaraq Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə yollanmış, Şəmkir-Gədəbəy batalyonunu yaratmışdır. Bir neçə belə özünümüdafiə batalyonları birləşdirilən vaxt müdafiə naziri tərəfindən alay komandiri təyin edilmişdir. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 km-lik sərhəddin müdafiəsinə cavabdeh olmuşdur.
1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd "SU-24″, "MİQ-25″, 3 ədəd "İL-26″ təyyarələri, 1 ədəd "Mİ-8″ vertolyotu, aviatexnika, külli miqdarda hərbi sursatı müsadirə etmişdir. Elə həmin il uğurlu Başkənd (Artsvaşen) əməliyyatında iştirak etmişdir.
Cahangir Rüstəmov 1994-cü ilin mart ayında, öz hərbi vəzifəsini yerinə yetirərkən faciəli şəkildə həlak olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 5 aprel 1994-cü il fərmanına görə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmişdir.(atv.az)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB