Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərinin Böyük Bazar Cümə məscidinin dini icması ilə görüşüb. Qafqaz MÜsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfir QMİ-nin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qazı Sədi Axundzadə ilə görüşüb.
Səfirə Lənkəran şəhər dini icmasının fəaliyyəti, dindarlar üçün yaradılan şərait barədə məlumat verən S. Axundzadə ölkənin hər yerində olduğu kimi cənub bölgəsində də dinlər və məzhəblərarası münasibətlər müstəvisində heç bir problem yaşanmadığını, dindarlar arasında qarşılıqlı etimad və ehtiram ruhunun hökm sürdüyünü bildirib.
İ. Siddiq icma üzvləri ilə görüşdə İslam dininin demokratik dəyərlərin daşıyıcısı olduğunu qeyd edib, yüksək ideallar - sülh, əmniyyət, qardaşlıq və elm təlqin edən İslamın düzgün təqdim olunmasının böyük önəm kəsb etdiyini bildirib.
Görüşdə səfirə Lənkəran şəhər Böyük Bazar Cümə məscidi barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB