Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində son tamamlanma işləri həyata keçirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olan layihə mövcud 120-ci km-dən başlayıb 200-ci km-də başa çatır.
Ümumi uzunluğu 80 km olan yeni yolda torpaq yatağının eni 27.5 metr, 2 zolaq əlavə edilməklə hərəkət zolağının sayı 4, hərəkət zolağının eni isə 3.75 metrdir. Yol örtüyü polimer asfalt-betondur. Yeni yolda asfalt-beton örtüyünün döşənməsi işləri də bitmək üzrədir.
Artıq layihə üzrə yeni yolda 160-a yaxın müxtəlif diametrli suötürücü borunun və 15 alt keçidin tikintisi işləri artıq yekunlaşıb. Mövcud 2 hərəkət zolaqlı avtomobil yoluna paralel tikilən yeni 2 hərəkət zolaqlı yolda 5 ədəd yol qovşağı və Girdman çayı üzərində körpünün də tikilməsi nəzərdə tutulub. Bu çərçivədə isə işlər davam etdirilməkdədir. Yol qovşaqlarında işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir.
Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində bütün işlər Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliklərinin nəzarəti altında həyata keçirilir. Artıq ümumilikdə işlərin icrası 89 faiz təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB