İRƏLİ İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində həyata keçirdiyi SAYGreen layihəsi davam edir. "İRƏLİ" İctimai Birliyi tərəfindən təşkil olunan #SAYGreen layihəsinin ilk günündə gənclərə Azərbaycan Hava və Ekstrimal İdman növləri Federasiyası tərəfindən hündür məsafələrə yürüş və dağa dırmanma haqqında xüsusi təlimlər keçirilib. Birlikdən SİA-ya verilən xəbərə görə, ilk gündə gənclər üçün təşkil olunmuş açılış partysi RedBull Azerbaijan tərəfindən təşkil olunub.
Daha sonra gənclərə Azərbaycan Hava və Ekstrimal İdman növləri Federasiyası tərəfindən hündür məsafələrə yürüş və dağa dırmanma haqqında Dağçılıq Məktəbinin təlim tədris bölməsinin rəhbəri Babək Orabanlı tərəfindən xüsusi təlimlər keçirilib. Təlimlərdə 100-ə yaxın gənc dağçılıq haqqında geniş məlumatlar əldə edib, həmçinin praktiki sınaq yürüşü edib.
"İRƏLİ" İctimai Birliyi tərəfindən təşkil olunan SAY:Green layihəsinin növbəti günü gənclər Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak edib. Təlimlərdə iştirakçılara 'Atlet və qaçış", "Xəritə və kompas" mövzularında praktiki təlimlər keçirilib.
Xatırladaq ki, layihənin əsas məqsədi düşərgə zamanı təbiətin insan tərəfindən çirkləndirməsinin mümkün qədər aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır.
Düşərgə zamanı gənclərə Azərbaycanda aparılan könüllü hərəkatı üzrə xüsusi təlimçilər, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunacaq.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB