Mingəçevir şəhərində toyda baş verən zəhərlənmə hadisəsinə aydınlıq gətirildi. Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, qida zəhərlənməsinin baş verməsinə əsas səbəb qidanın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində qidanın bakteriyalarla çirklənməsi ola bilər: "Toy şənliyi həmin gün saat 18:00- da başlayıb və 10:30-da sona çatıb. Toy sahibinin ailə üzvləri gün ərzində qida qəbul etmədiklərinə görə qalan yeməkləri evlərinə aparmış və gecə saatlarında qəbul ediblər. Qidalar əsasən toyda hazırlanmış paytaxt, mimoza salatları, toyuq ətinin soyutması, lülə, tikə kabablar və dana ətinin bozartması, xiyar pomidor və qazlı içkilər olub. Səhərə yaxın, təxminən saat 500-da toy sahibinin 4 nəfər ailə üzvünün qarın nahiyəsində ağrılar baş vermiş və onlar öz avtomobilləri ilə Mingəçevir şəhər xəstəxanasına müraciət ediblər. Xəstəxanadan qəbul şöbəsində xəstələrə qastrit diaqnozu qoyulub. Xəstələrdə ishal, qusma və temperatur əlamətləri olmamış, əlavə tibbi yardım göstərilmədən, mədələri yuyularaq evə buraxılıblar. 450 nəfərin iştirak etdiyi toy mərasimində digər şəxslərdə səhhətləri barədə şikayətlər olmayıb".
Mərkəzdən həmçinin bildirilib ki, bu cür nöqsanların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyənaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl edilməməsidir: "Belə hallar əsasən ilin isti aylarında müvafiq şərait olmadan çadırlarda keçirilən nişan, toy şənlikləri, yaxud iaşə müəssisələrinin bir günlük icarəyə götürülməsi ilə mərasim sahibləri tərəfindən evdə hazırlanmış salatların və soyuq qəlyanaltıların lazımi temperaturda saxlanılmadan qəbulu hallarında baş verməsi əvvəllər qeydə alınıb. Qida zəhərlənməsi baş vermiş ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlıq subyektlərinin sahibkarları və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yol verilmiş sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar. Sahibkarlıq obyektlərində yoxlamaların aparılması "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. Qidadan baş vermiş hər bir zəhərlənmə hadisələrinin başvermə səbəbləri Dövlət sanitariya xidməti tərəfindən araşdırılır. Bunun üçün müvafiq təhqiqat işləri həyata keçirilir. Qidanın hazırlanma, saxlanma, daşınması və istifadəsi zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması halları müəyyənləşdirilir. Qəbul olunmuş qidaların içərisində zəhərlənməyə səbəb olması ehtimal olunan qida müəyyənləşdirilir, qida qalıqlarından və xəstələrin mədə yuyuntusundan nümunələr götürülür və laboratoriya müayinələri aparılır. Vətəndaşlar tərəfindən qidanın ev şəraitində hazırlanmasına Dövlət sanitariya nəzarətinin həyata keçirilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmayıb".
Qeyd edək ki, Mingəçevr şəhərin "Altun" şadlıq sarayında baş tutan toyda kütləvi zəhərlənmələrin olduğu ilə bağlı xəbərlər yayılmışdı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB