Böyük Britaniyanın səfiri Astarada (FOTOLAR)

Böyük Britaniyanın səfiri Astarada (FOTOLAR)

Böyük Britaniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri İrfan Sıddıq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olub. SİA-nın Cənub bürosunun məlumatına görə, səfər çərçivəsində Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşən səfirə rayonun təbiəti, turizm potensialı, iqtisadiyyatı, əhalinin məşğuliyyəti barədə məlumat verilib. Səfir İrfan Siddiq səmimi qəbul və görüşə görə İcra Hakimiyyətinin başçısı Q.Ağayevə razılıq edib, rayonun yaraşıqlı təbiətinə, şəhərin abadlığına heyranlığını bildirərək, əhalinin qonaqpərvərliyini yüksək dəyərləndirib.

Xarici qonaq görüşdən sonra Astara şəhərinin dəniz sahilində salınmış park-bulvar ərazisinə baş çəkib, rayonun Çayoba kəndində yeni inşa edilmiş çay fabrikinə gələrək müəssisənin iş və istehsal prosesi ilə tanış olub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə