Son aylar Rusiya milli valyutasının yenidən ucuzlaşması müşahidə olunur. Rubl dollar qarşısında son 1 ayda 14 faiz dəyər itirib. Ucuzlaşma təbii ki, manat-rubl məzənnəsində də özünü biruzə verir. Bu da Azərbaycandan Rusiyaya və əks istiqamətdə satılan məhsulların qiymətinə təsir edir.
May ayında 1 Amerika dolları 49 rubla dəyişdirilirdisə, hazırda 1 dollar 63 rubla bərabərdir. Rusiya valyutası dollar qarşısında son bir ayda 14%, son 1 həftədə 7% geriləyib.
Manatla müqayisədə isə rubl son 3 ayda 22,5% ucuzlaşıb. May ayında 1000 rubl 21 manat 30 qəpiyə bərabər idisə, bu gün 1000 rubl 16 manat 70 qəpiyə dəyişdirilir. Rublun manat qarşısında dəyər itirməsi Rusiya bazarına çıxarılan Azərbaycan mallarının bahalaşmasına təsir göstərir. Ancaq iqtisadçılar hesab edirlər ki, məhsullarımız hələ də rəqabətqabiliyyətlidir.
Rublun məzənnəsinin enməsi Rusiyadan ölkəmizə idxal olunan malların isə ucuzlaşmasına gətirib çıxaracaq. Bura ərzaq məhsulları və xüsusilə tikinti materialları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB