İran İslam Respublikası Azərbaycanla qaz ixracı sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bu fikri İranın milli qaz ixracı şirkətinin (NİGEC) rəhbəri Əlirza Kamali deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında qaz hasilatına birgə sərmayə yatırılması haqqında danışıqlar davam edir.
Ə.Kamali qeyd edib ki, hazırda İran sutka ərzində 700 milyon kubmetr qaz hasil edir. Yaxın gələcəkdə İranın qaz hasilatı 100 milyon kubmetrə çatacaq ki, bu da qazın ixracı məsələsini aktuallaşdıracaq.
Rabil Kətanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB