Şərurda zəlzələ olub

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytı xəbər verir ki, zəlzələ saat 15:55-də Heydərabaddan 33 km cənub-şərqdə, Şərur ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin dərinliyi 17 km, maqnitudası 2,9 olub.

Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə