3D printerlə dərman ixrac ediləcək YENİLİK

3D printerlə dərman ixrac ediləcək YENİLİK
ABŞ-ın Qida Məhsulları və Dərman Keyfiyyətinə Sanitar Nəzarət İdarəsi ("FDA") dünyada daha bir yeniliyə imza atıb. Belə ki, FDA tarixdə ilk dəfə "3D" printerin köməyi ilə yaradılmış dərman preparatının istehsalına icazə verib. SİA-nın xəbərinə görə, bundan öncə "FDA" artıq tibb sahəsində tətbiq edilən müxtəlif qurğu və aparatların "3D" printerlərdən istifadəsinə əsaslanan istehsalına da icazə vermişdi. Üçölçülü çap texnologiyasının köməyi ilə yaradılmış yeni "Spritam" dərman preparatı epileptik qıcolmalara nəzarət etməkdə kömək edir. Dərman preparatını yaratmış "Aprecia Pharmaceuticals" müasir texnologiyaların köməyi ilə başqa dərman preparatlarını hazırlamayacağına dair fikir bildirib. Başqa dərmanlar kimi "3D" dərman da insan orqanizmində həll olunur.

İlk "Spritam"ın 2016-cı ilin birinci yarısında bazara çıxarılması gözlənilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə