“Metro Kart”larınız işləməyəcək DİQQƏT

“Metro Kart”larınız işləməyəcək DİQQƏT

Bu gün Bakı Metropoliteni QSC-də Metropolitenə daxil olmaq üçün vahid ödəniş kartı olan "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev yeniliklər barədə məlumat verib.

C.Əliyev qeyd edib ki, sözügedən kartların istifadəsinə avqustun 8-dən etibarən başlanılacaq: "İlkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus"MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. Bu kartları bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarda quraşdırılmış yeni terminallardan əldə etmək olar. Əvvəlki kartlarda olduğu kimi "BakıKart"ın da qiyməti 2 manat və 1 gediş haqqının qiyməti isə 0,20 manat olacaq. Bütün terminallarda kartın balansını artırmaq mümkündür. "BakıKart Məhdud istifadə üçün" karta gəlincə bunun qiyməti də 0,20 manatdır. Bu növ kartlara yalnız 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu kartlar daha çox yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır".

Ceyhun Əliyev onu da qeyd edib ki, "Metro Kart" avqustun 15-dək "Metro Kart"ın girov dəyəri nağd şəkildə geri qaytarılacaq: "Amma qeyd edilən tarixdən sonra bu mümkün olmayacaq.

"Metro Kart"ın balansında olan gediş haqqı isə sentyabrın 30-na qədər istifadə oluna bilər. "Metro Kart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metro Kart" ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir. Bir ədəd "Metro Kart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür".

Həmçinin qeyd edilib ki, sentyabrın 30-dək metropolitendə "Metro Kart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyabrın 30-dan etibarən "Metro Kart"ın istifadəsi tamamilə dayandırılacaq. Sərnişinlərin diqqətinə çatdıraq ki, kartlarda yaranmış hər hansı bir problemlə bağlı "20 Yanvar", "Cəfər Cabbarlı", Nəriman Nərimanov", "Neftçilər" stansiyalarında fəaliyyətdə olan "Kart Analiz" mərkəzlərinə və 4343 telefon nömrəsinə müraciət edə bilərlər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə