"Gülçinlərin intiharında özümüzü də günahkarıq" AÇIQLAMA

"Gülçinlərin intiharında özümüzü də günahkarıq" AÇIQLAMA
Son günlər bir çox bölgələrimizdə eləçə də paytaxt Bakıda bir-birinin ardınca intihar hadisələri, həmçinin dənizdə boğulma halları çoxluq təşkil edir. Məsələnin hansı səbəbdən qaynaqlanması, intihar edən insanların psixoloji durumu, həmçinin hər hansı bir ehtiyatsızlıq üzündən dənizdə boğulma hallarının səbəbləri isə müxtəlifdir. Həmçinin məsələ ilə bağlı içtimaiyyət arasında birmənalı şəkildə fikirlər formalaşmayıb. İntihar hadisələrinin bir çoxunun ailə münaqişələrinin əsas səbəbi kimi dəyərləndirilməsi, digər tərəfdən də bu halın daha çox gənc ailələrdə qarşılıqlı anlaşma mexanizminin demək olar ki, olmaması səbəbi kimi qeyd edilir. Hər gün dənizdə bir neçə nəfərin boğulması hallarının artmasını isə "dəniz əzraili"nin fəaliyyəti ilə əlaqələndirirlər.

Deyilənlərə görə, dənizdə xilasedici adı ilə fəaliyyət göstərən əslində isə xilas etməyən və bilərəkdən insanları dəniz dibinə səyahətə aparan şəxslər peyda olub ki, bunun nəticəsində də dənizdə boğulan şəxslərin ailə üzvlərindən cəsədin tapılması üçün xeyli miqdarda pulun tələb edilməsidir. Göründüyü kimi, məsələ ilə bağlı formalaşan fikirlər müxtəlifdir. Mənçə, məsələnin daha dəqiqi onun hüquqi qiymət almasındadır.

Məsələ ilə bağlı millət vəkili Qənirə Paşayevaya müraciət etdik. SİA-ya açıqlamasında millət vəkili bildirib ki, bu çür hallarla hər gün rastlaşmaq və bu xəbərləri hər gün oxumaq, yaxud eşitmək heç də ürək acan deyil: "Bu xəbəri oxuyandan şokdayam.15 yaşlı Gülçin adlı gəlin özünü yaşadığı evin həyətində asaraq öldürüb. İntihar edib. 15 yaşlı gəlin... Daha doğrusu uşaq-gəlin... Çünki bütün dünyada və ölkəmizdə də 15 yaş uşaq sayılır. 15 yaşlı bir uşağın intiharı dəhşətli faciədir və onun acısını duyan hər kəs üzülür. Allah rəhmət etsin. Amma ortada dəhşətli bir şey var. 15 yaşlı uşağın ərə verilməsi. Bizdə qızlar üçün nigah yaşı 18-dir. Deməli bu uşaq nigahsız ərə verilib. O qız ailə quranda dini nigah kəsilibmi, onu çox maraq edirəm? Bir sözlə bu hadisənin sadəcə intihar tərəfi deyil, 15 yaşlı qızın ərə verilməsi, erkən nigah məsələsi də ciddi araşdırılmalıdır. Hansı düşüncə ilə 15 yaşlı qız ərə verilir, hansı düşüncə ilə bir uşaq evə gəlin gətirilir? Bəs qohum-qonşu, bu evlilk mərasimindən xəbəri olanlar, toyda iştirak edənlər? Bəs bu qızın müəllimləri? Bəs o kəndin icrası, bələdiyyəsi? Onlar necə yanaşıb bu evlilik mərasimi başlayanda çox maraqlıdır? Doğurdanmı biz 15 yaşlı bir uşağın ərə verilməsinə adi baxan bir topluma çevrilirik? Əgər belədirsə, yazıqlar olsun bizə".

Həmçinin millət vəkili erkən nigahlara da öz münasibətini kəskin şəkildə bildirib. Onun sözlərinə görə, cəmiyyətin bu çür formalaşmasına heç çürə yol vermək olmaz. Nə qədər ki, dünyagörüşü lal olan şəxslərin bu çür ağılsızlıqları olaçaq demək ki, bu çür intiharların sayını da artırmış olacaq. Axı, körpə ikən ailə həyatı quran şəxs özü hələ ailə nəvazişinə, ata-ana qayğısına möhtaçdır. Onu bu çür halda növbəti bir sınaq qarşısında qoymağın özu ağılsızlıqdır. Millət vəkili Qənirə Paşayeva məsələyə münasibətini bu çür izah edib: "Məncə erkən nigahların qarşısını almaq üçün daha sərt mexanizmlərə əl atmalıyıq. Maarifləndirilmədə daha da gücləndirilməlidir. Amma daha sərt tədbirlərə ehtiyac var. 15 yaşlı bir qız, bir gəlin, bir uşaq intihar etdi. Bir çoxları onun nədən intihar etdiyi barədə fikirlər söyləyəcək, bəziləri dedi-qodu edib bəlkə günahını da alacaq. Amma görəsən nə qədər insan 15 yaşlı bir uşağın o yaşda gəlin olmasının nə dərəçədə doğru olmamasından ilk öncə danışacaq. 15 yaşlı bir uşağın çiyinləri bir gəlinin yükünü qaldırmaq üçün çox zəifdir, həm də çox... Bir daha belə acılar yaşanmamasını istəyiriksə bütün cəmiyyət olaraq bu barədə ciddi düşünməli və ətrafımızda baş verən bu kimi hallarda "mənə nə" deməməlidir. Bunun önəmini anlayanların səsi daha ucadan eşidilməlidir, Biz hamıımız Gülçinlərin intiharında özümüzü də günahkar hiss etməliyik. Və düşüncələri dəyişmək, belə halların yaşanmaması üçün daha ciddi mübarizə, maarifləndirmə, təbliğat aparmalıyıq. Biz hamımız...".

Anar Bürcəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə