"Prezident Təqaüdçüləri" Gənclər Birliyinin Azərbaycanın ərazi bötövlüyünə etinasızlıqla yanaşılması və beynəlxalq hüququn təməl prinsiplərinin pozulması ilə əlaqədar Avropa Gənclər Parlamentinin icraçı direktoru Krista Simberqə göndərdiyi etiraz məktubuna qurumdan rəsmi cavab gəlib.
SİA-ya "Prezident Təqaüdçüləri" Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu verdiyi məlumata görə, Avropa Gənclər Parlamentinin rəsmi internet səhifəsində qondarma "Dağlıq Qarabağ Respublikasına Təhsil Səfəri" adlı elanın yerləşdirilmsindən sonra ölkə gənclər sektoundan bir sıra qurumların yerli mətbuatda dərc edilən bəyanatlarından və AGP Azərbaycanın mediaya rəsmi açıqlamalarından sonra elanın təşkilatın rəsmi saytından yığışdırılacağını güman etsələr də beynəlxalq təşkilat gözlənilən addımı atmayıb.
Təşkilat rəhbəri bildirib ki, qurumun bu anlaşılmaz və beynəlxalq hüququ tapdalayan addımı bizləri rəsmi və bütövlükdə hüquqi aktlara söykənən müraciət hazırlamağa vadar etdi: "Rəsmi müraciətimizə tam bir həftə sonra cavab verilərək adıçəkilən layihənin AGP-nin mərkəzi ofisi ilə heç bir əlaqəsi olmadığı vurğulandı".
Təbriz Raufoğlu əlavə edib ki, "Sizinlə heç bir rəsmi bağlılığı olmayan bir tədbirin elanının rəsmi internet səhifələrində nə üçün hələ də qaldığı" sualından sonra AGP-nin icraçı direktoru elanın silinəcəyini bəyan edib və bu gün günorta satlarından sonra qondarma layihənin elanın Avropa Gənclər Parlamentinin veb-saytından yığıdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB