Qazaxıstanın Astana şəhərində "Gənclərin Resurs Mərkəzləri"ndə çalışan ekspertlər üçün beynəlxalq təlim kursu keçirilib. Qazaxıstanda beynəlxalq tədbirdə Azərbaycanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Nərgiz Qurbani təmsil edib. GTM-dan SİA-ya verilən xəbərə görə, tədbirdə iştirakçı ölkələrdə gənclərlə iş, dövlətin gənclərə dəstəyi, gənclər təşkilatlarının fəaliyyəti və başqa sahələr üzrə məruzələr dinlənilib, fikir mübadilələri aparılıb. . Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi həmçinin ölkədə müxtəlif illərdə qəbul edilmiş "Gənclər üçün Dövlət Proqramlarının" vacibliyini vurğulamış, çalışdığı mərkəzin keçirdiyi layihələrin təqdimatını etmişdir.
Təlim çərçivəsində Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti haqqında iştirakçılara məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycan haqqında videoçarx, mədəni irsimizi əks etdirən slaydlar və milli mətbəximizin nümunələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB