Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) son günlər bəzi kütləvi informasiya vasitələrində komitədəki kadr dəyişikliyi ilə bağlı yazılan yazılara aydınlıq gətirib. Bu barədə SİA-ya açıqlama verən komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov bildirib ki, yayılan məlumatlarda Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay Hüseynovun işdən uzaqlaşdırılması ilə bağlı əsassız fikirlər yer alıb.
"Aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş olunur ki, Dövlət Komitəsi haqqında hər hansı bir informasiyanı yaymadan əvvəl Komitənin Mətbuat xidməti ilə dəqiqləşdirsinlər"- deyə, A. Cavadov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB