Arzu Rəhimov qəbul keçirəcək

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov avqustun 13-də saat 10:00-da Xidmətin Qazax rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların avqustun 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etməli və qeydiyyatdan keçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə