“Rəncur” təxəllüslü şairənin qəbiri aşkar edildi VİDEO

FOTOLAR
“Rəncur” təxəllüslü şairənin qəbiri aşkar edildi VİDEO

Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya institutunun əməkdaşları Akademik Teymur Bünyatovun rəhbərliyi ilə bir necə ildir ki, Qazax və Ağstafa rayonlarında dövrünün adlı-sanlı şairələrindən olan "rəncur" təxəlüslü şairə Şahnigar Qiyasbəyovanın qəbirini aşkar ediblər. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, arxiv sənədlərinə əsasən ilk əvvəl Ağstafa rayonunun Dağkəsəmən kənd qəbirstanlığında olması təxmin edilən qəbir daşını tapmaq mümkün olmayıb. Daha sonra alimlər Qazax rayonunun Qarapapaq qəbirstanlığına gələrək ərəb və fars dillərində yazılmış qəbir üstü yazıları oxuyaraq hərəmlərin sözü gedən ailəyə mənsub olmadığını təsdiq ediblər. Növbəti səfər Ağköynək kənd qəbirstanlığı oldu. Etnoqraf İsmayıl Umudlu 10-a yaxın hərəmə baxış kecirdikdən sonra qəbirstanlığın yüksək ərazisində salınmış ailə qəbirstanlığına baş cəkdi. 1800-cü illərin sonunda salınmış bu ailə hərəmində sözü gedən bu ailənin yəni Qiyasbəyovların nəslindən birinə rast gələrək "rəncur" təxəlüslü şairə Şahnigar Qiyasbəyovanın da qəbrini burada aşkar etdi. Qeyd edək ki, ailə məzarlığında şairənin yaxınları olan 5 qadın məzarıda var ki, təxminən 50 və yaxud 70 il sonralar bu məzarlıqda digər insanlarda dəfn olunub. Etnoqraf Bəhmən Əliyev isə məzarlığın gec tapılmasının əsas səbəbini bu nəsildən əksəriyyətin ziyalı olan insanların represiya olunduğunu və nəslin yaşayış məkanının dəyişmə səbəbindən ola biləcəyini deyir. Alimlər bildirir ki, "rəncur" təxəllüsü ilə qəzəllər yazan şairənin o zaman xeyli sayda yazıları olub. Lakin evi yandığından əksər yazıları da elə evlə bərabər yanıb.

Xatırladaq ki, 1850-ci ildə doğulan şairə cəmi 49 il yaşasada dövrümüzə qədər gəlib catan əl yazmaları mövcuddur.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə