İstilərdən sonra güclü külək əsəcək PROQNOZ

İstilərdən sonra güclü külək əsəcək PROQNOZ

Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirlliyinin Milli Hidrometrologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 24-27, gündüz 33-38 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə