Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əlimərdanlı kənd orta məktəbinin müəllim və şagirdləri ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüşdə millət vəkili məktəb yaşlı uşaqlar arasında artan skaliozlardan, onurğa əyilmələrindən də danışıb və ibtidai sinif və idman müəllimlərini, məktəb rəhbərliyini bu məsələyə xüsusi diqqət göstərməyə çağırıb. "Biz ibtidai sinifdə oxuduğumuz illərdə müəllimlərimiz bizə yazı yazmağı öyrətməklə bərabər partada doğru oturmağı, yazı yazarkən necə oturmaq lazımdır onu da öyrədərdi və hər dərsdə hər birimizə bəlkə bir neçə dəfə xəbərdarlıq edərdi. Bundan başqa hər sabah səhər tezdən dərslər başlamazdan əvvəl idman meydançasında ümumi idman hərəkətləri edərdik və ondan sonra dərslərə gedərdik. İdman dərsləri isə çox ciddi keçirilərdi və bunun nəticəsində oğlanlarımız da, qızlarımız da fiziki sağlam olurdular. Eyni zamanda hərbi hazırlıq dərsləri də hərbi biliklər verməklə bərabər bu istiqamətdə də özünün müsbət təsirini göstəriridi. Məktəb rəhbərliyimizdən, müəllimlərimizi bu məsələlərə xüsusi diqqət göstərməyə çağırırram. Nə qədər məktublar alıram ailələrdən. Uşaqlarının skaliozunun müalicəsinə və ya əməliyyatına dəstək istəyirlər. Uşaqlarımız arasında bu kimi halların daha da artmaması üçün məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür və mən inanıram ki, Əlimərdanlı kənd məktəbi kollektivi bu məsələyə bundan sonra daha da böyük diqqət göstərəcək. Uşaqlarımızın fiziki və mənəvi sağlam böyüməsi üçün hamımız əlimizdən gələni etməliyik."


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB